Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifədən qovuldu
Ölçü:


Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandanı Vaxinak Sarkisyanı tutduğu vəzifədən azad edilib.

Koordinat.az
erməni mənbələrinə istinadən xəbər verir ki, Sarkisyanın işdən çıxarılmasını Ermənistanın Baş naziri Nikol Paşinyan təklif edib. Prezident Armen Sarkisyanın sərəncamı ilə onun yerinə Arman Maralçyan təyin olunub. Məlumata görə, Vaxinak Sarkisyanın işdən çıxarılmasının səbəbi Ermənistan müdafiə nazirinin əsgərlərlə görüşünü əks etdirən foto olub. Həmin fotoda əsgərlərdən birinin Azərbaycanın Sərhəd Qoşunlarına məxsus forma geyindiyi aydın sezilir. Sonradan foto rəsmi ünvanlardan silinib.
26.10.2020 17:11:00
Oxuma sayı: 31