Prezident: “Bizə qarşı kənardan aqressiya olarsa, o F-16-ları görəcəklər”
Ölçü:


“Sual verirlər Türkiyənin F-16-ları nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam. Gedin açın, peykiniz var də, görmürsünüz nə gəzir? Gedin baxın da, F-16 neyniyir, havadadır, ya yerdədir?”

Koordinat.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində bildirib.

"Hər kəs bilir ki, təyyarələr yerdədir. Özü də təlimlər üçün gəlib və müharibə başlayanda qalıbdır. Türkiyə qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər. Yaxşı, cəmi 5-6 təyyarə aeroportda qalıbdır. Bunu hər dəfə sual verirlər”.
26.10.2020 13:23:00
Oxuma sayı: 35