Döyüş zonasında humanitar atəşkəs elan edildi - 3-cü dəfə
Ölçü:



Cəbhə zonasında yenidən humanitar atəşkəs elan olunub.

Koordinat.az xəbər verir ki, budəfəki humanitar atəşkəsin təşkilatçısı və təşəbbüskarı ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan ABŞ-dır. Razılaşmaya görə, 26 oktyabr saat 08.00-dan döyüş zonasında humanitar atəşkəs elan edilib.

Xatırladaq ki, işğal altındakı Azərbaycan ərazilərində sentyabrın 27-dən başlanan müeharibənin geridə qalan dövrü ərzində bu, sayca 3-cü humanitar atəşkəsdir. Ancaq əvvəlki iki atəşkəs razılaşması Ermənistan silahlı qüvvələri tərəfindən pozulub.
26.10.2020 00:52:00
Oxuma sayı: 26