Nüvədi sakinlərindən Ali Baş Komandana xahiş: "Çıxışlarınızın birində “Nüvədi Azərbaycandır!” deyin"
Ölçü:


Qərbi Azərbaycan ərazisində yerləşən Nüvədi kəndinin sakinləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyeva müraciət ediblər.

Koordinat.az
-ın məlumatına görə, sakinlərin müraciətində deyilir:

Hörmətli, Cənab Prezident
Son 200 il ərzində Azərbaycan xalqı çoxsaylı faciələrlə üzləşərək sahib olduğu tarixi torpaqlarının böyük hissəsini itirmək məcburiyyətində qalıb. İrəvan xanlığı və Zəngəzur mahalı da son iki əsrdə itirdiyimiz tarixi torpaqlarımızın bir hissəsidir. Sizin dəfələrlə səsləndirdiyiniz “Ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır” sözləri biz Nüvədi kənd sakinlərinin qəlbində o torpaqlara qayıdacağımıza olan inamı sönməyə qoymayıb.

Hörmətli, Cənab Ali Baş Komandan
Sizin rəhbərliyiniz altında rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməyə başladığı andan hər bir Nüvədi kənd sakininin illərdir sönməyən vətən həsrəti yenidən alovlanmağa başlayıb. Rəşadətli Azərbaycan Ordusunun Zəngilan rayonunu işğaldan azad edərək Nüvədi kəndinin cəmi bir-neçə kilometrliyinə kimi irəlilədiyi xəbərini eşitdiyimiz andan 29 illik vətən həsrətinin sona çatacağına daha çox əmin olmağa başlamışıq.
 
Sizə də məlum olduğu kimi, hazırda Zəngilan rayonu ilə həmsərhəd ərazidə yerləşən Nüvədi kəndinin Ermənistana verilməsi təşəbbüsünü 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi Levon Mirzoyan irəli sürüb. Təəssüf ki, erməni xislətinə sadiq qalan Levon Mirzoyanın bu təşəbbüsü 1969-cü ilin may ayında - xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsinə cəmi 2 ay qalmış tələsik şəkildə reallaşıb. Nüvədi kəndini Ermənistana verən xainlər bilirdilər ki, Ümummilli lider Heydər Əliyev belə təşəbbüsə heç vaxt razı olmayacaq.

Cənab Prezident, bildiyiniz kimi Ümummilli lider Heydər Əliyev Nüvədi kəndi və onun sakinləri haqqında hər zaman yükəsk fikirdə olub. 29 dekabr 1996-cı il tarixində Ümummilli lider Heydər Əliyev Zəngilan rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı Nüvədi kəndi və onun sakinləri haqqında bu sözləri deyib: “Nüvədi kəndi qədim ənənələrə mənsub olan kənddir. Nüvədi kəndinin əhalisi çox dəyanətli insanlardı. Ermənistan ərazisindən azərbaycanlıların əksəriyyəti çıxarıldığı halda onlar ordan çıxmırdılar. 1991-ci ildə onları ordan zorla çıxartdılar”.

Hörmətli, Cənab Prezident
1988-91-ci illərdə - 3 il ərzində Ermənistanın təcavüzünə qarşı təkbaşına mübarizə aparan Nüvədi kəndinin sakinləri kəndi tərk etdikdən sonra yaxınlıqdakı Zəngilan rayonun Vejnəli kəndində məskunlaşaraq mübarizəni davam etdiriblər. Nüvədi kənd sakinləri tərəfindən yaradılan “Nüvədi batalyonu”nun əsgərləri Zəngilan rayonu işğal olunana kimi ön cəhbədə düşmənlə qəhrəmancasına vuruşublar. Bu müharibədə “Nüvədi batalyonu”nun bir-neçə əsgəri şəhid olub, bir-neçəsi isə ağır şəkildə yaralanıb. Əgər razılıq versəniz Nüvədi kəndinin sakinləri yenidən əllərinə silah alaraq döğma torpaqlarımız azad etmək üçün vuruşmağa hazırdılar.

Hörmətli, Cənab Ali Baş Komandan
Bu gün Ermənistanda Azərbaycanın 3 eksklav ərazisi – Sədərək rayonunun Kərki, Qazax rayonun Yuxarı Əskipara və Bərxudarlı kəndləri işğal altındadır. Məlum məsələdir ki, Ermənistan işğal altındakı Qarabağdan sülh yolu ilə çıxmaq niyyətində deyil. Belə olan halda Ermənistan öz ərazisindəki anklav bölgələrə - Kərki, Yuxarı Əskipara və Bərxudarlı kəndlərinə azərbaycanlıların geri qayıtmasını təmin etməyəcək. İşğal edilən bu 3 kəndimizin qarşılığında Azərbaycan Ordusunun vaxtı ilə azərbaycanlıların yaşadığı və Zəngilan rayonundan cəmi bir-neçə kilometr aralıda yerləşən Nüvədi kəndinə daxil olması barədə əmr verməyinizi sizdən xahiş edirik.

Hörmətli, Cənab Prezident

Biz Nüvədi kənd sakinləri olaraq tarixi ədalətin bərpa edilməsində və Azərbaycanın haqlı davasında atdığınız qətiyyətli addımları, aldığınız qərarları yüksək qiymətləndiririk. İnanırıq ki, siz Nüvədi kənd sakinlərinin öz dədə-baba torpaqlarına qayıtmasını təmin etməklə Azərbaycan tarixində daha bir parlaq səhifəni açmış olacaqsınız.

İnanırıq ki, siz növbəti çıxışlarınızın birində “NÜVƏDİ azərbaycanlılarındır!” deyəcəksiniz.

Dərin hörmətlə Nüvədi kənd sakinləri adından:

Həsənov Balakişi Balakişi oğlu
Qasımov Fərman Bərxudar oğlu
Quliyev Qulu Dadaş oğlu
Qurbanov Təvəkkül Fərəc oğlu
Sərməstov Məhərrəm Səmi oğlu
Hətəmxanov Abbas Dostməmməd oğlu
Əhmədov İsfəndiyar Yadulla oğlu
Əliyev Üzeyr Əli oğlu
Abbasov Qurbanəli Cəlal oğlu
Əliyev Aqil Həmzə oğlu
Əliyeva Hafizə Ağalar qızı
Əliyeva Fatimə Əhmədəli qızı
Qəhrəmanova Hasilə Məstan qızı
İmanquliyev Əsgər Nəsəf oğlu
Cəfərov Nail Nadir oğlu
Qurbanov Əsəd Camal oğlu
Qəhrəmanova İslam Məstan oğlu
Həsənov Şəmkir Zakir oğlu
Qurbanov Elmar Allahyar oğlu
Babatov Sərdar Sağlar oğlu
Babatov Rahib Əbil oğlu
Qurbanov Bakir Allahyar oğlu
Baxşəliyeva Paşa Bayram oğlu
Qurbanova Zümrüd Şahmurad oğlu
Hüseynov Firudin Zülfiqar oğlu
Baxşəliyeva Sayad Xudu qızı
Həsənov Tərlan Məmməd oğlu
Babatov Nəzi Gümüş oölu
Tarverdiyev Qurban Məstan oğlu
Həsənova Əntiqə Dadaş qızı
Həsənov Mustafa Mahmud oğlu
Cəfərov Anar Aydın oğlu
Möhsümov Nəsir Qüdrət oğlu
İbadov Arif Gülü oğlu
İbadov Elmar Gülü oğlu
Məmmədov İntiqam Soltan oğlu
Rəhimov Qafar Hüseyn oğlu
Əliyev Gülbala İbrahim oğlu
Əliyev Məhəmmədəli Səhleli oğlu
Abbasov Asəf Məhərrəm oğlu
Cəfərov Fazil Nadir oğlu
Rzayev Bəşir Süleyman oğlu
Bağırov Elşən Əlverdi oğlu
Həsənov Qiyas Filman oğlu
Allahverdiyev Mustafa Xurşud oğlu
Quliyev Rasim Mirzə oğlu
Əliyeva İlahə Həmzə qızı
Qurbanov Səid Elmar oğlu
Qurbanov Tural Bakir oğlu
Abbasova Şəfayət Camal oğlu
İbadov Vurğun Gülü oğlu
Rzayev Humay Süleyman oğlu
Əliyev Xaliq Qızıl oğlu
Əbilov Orucəli Səməd oğlu
Qəhrəmanova Sevinc Məstan qızı
Həsənov Humay Əli oğlu
Həsənova Nuranə Zakir qızı
Həsənov Lətif Zakir oğlu
Qurbanov Məmməd Elmar oğlu
Bağırov Əhsən Əlverdi oğlu
Allahverdiyev Rüstəm Allahverdi oğlu
Əhmədov Şəmsəddin Yadulla oğlu.
25.10.2020 13:54:00
Oxuma sayı: 268