Ərdoğan həmçsədr ölkələri yıxıb-sürüdü: "İndiyə kimi nə etdiniz?"
Ölçü:


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseri şəhərində çıxış zamanı ATƏTin Minsk Qrupunun həmsədr ölkələrini yarıtmazlıqda ittiham edib. O, Dağlıq Qarabağ münaqişəsindən danışarkən bir daha Türkiyənin Azərbaycanın yanında olduğunu qeyd edib.

Koordinat.az xəbər verir ki, Ərdoğan çıxışında Minsk qrupunu münaqişənin həlli yolunda fəaliyyətsizlikdə və Azərbaycana qarşı ikili standarlarda günahlandırıb.

"Bu səhər İlham Əliyev qardaşımla danışdıq. Azərbaycanlı qardaşlarımız işğal altındakı torpaqlara doğru addımlayırlar. Əzmin və imanın əlindən heç nə qaça bilməz. Minsk qrupunda yer alırsınız. İndiyə kimi nə etdiniz? Azərbaycan torpaqlarını işğaldan azad etdiniz mi? Siz sadəcə ermənilərə silah göndərirsiniz və bununla sülh yaradacağınızı düşünürsünüz. Edə bilməzsiniz, çünki dürüst deyilsiniz. Dünən evi bombalanan Nigar qızımızı izlədim. Nigar qızımız oradakı çətinliklərdən gözyaşları içində danışırdı. İnşallah onları göz yaşları içində qoymayacağıq. Qardaşlarımız bu mübarizədən qalib çıxacaqlar. Azərbaycanlı qardaşlarımız qətlə yetirilərkən gözləri, dilləri bağlı və qulaqları kar olanlar var idi. "Döyüşlər dayandırılsın" ifadəsi ən böyük ikiüzlülük nümunəsidir. İki dövlət və bir millət olduğumuz Azərbaycanın işğal olunmuş ərazilərini azad etməsi uğrunda mübarizəsinə hər cür dəstəyi verməyə davam edəcəyik",-deyə Ərdoğan qeyd edib.

24.10.2020 16:47:00
Oxuma sayı: 35