Tərtərə atılan raket 16 yaşlı oğlanın həyatına son qoydu
Ölçü:

Ermənistanın Tərtər şəhərinə raket hücumu nəticəsində 16 yaşlı Orxan İsmayılzadə evlərinə düşən raket zərbəsi nəticəsində həlak olub.

Koordinat.az
xəbər verir ki, bu barədə  Prezidentin köməkçisi Hikmət Hacıyev tvitter hesabında məlumat yayıb.

"Ermənistanın mülki vətəndaşlara xüsusilə uşaqlara qarşı müharibəsi davam edir. Azərbaycanın Tərtər şəhərinə laqeydcəsinə edilən Smerç raket hücumu nəticəsində 16 yaşlı yeniyetmə İsmayılzadə Orxan öz evlərinin bağçasında öldürüldü. Orxan hazırda mövsumi olan xurma meyvəsini yığırdı",-deyə Hikmət Hacıyev qeyd edib.

24.10.2020 11:42:00
Oxuma sayı: 30