Ceyhun Bayramovla Pompeo ilə görüşdü - ilk açıqlama
Ölçü:

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov  ABŞ-a işgüzar səfəri çərçivəsində bu gün Dövlət katibi Mayk Pompeo ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən Koordinat.az-a bildirilib ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsində son vəziyyətlə bağlı müzakirə aparılıb. Nazir Ermənistan tərəfinin destruktriv siyasəti, Azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə atəşə tutulması, xaricdən muzdluların və terrorçuların kütləvi cəlb olunması və sair məsələlər barədə ətraflı məlumat verib.

Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycanın haqlı mövqeyi BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə əsaslanır.

Söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair məsələlər üzrə fikir mübadiləsi aparılıb.

23.10.2020 19:23:00
Oxuma sayı: 33