Şeir və bədii qiraət müsabiqəsi - Elan
Ölçü:


Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə gənc şairlər və bədii qiraətçilər arasında “Qarabağ Harayı” müsabiqəsi keçirilir.

QAT-ın mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyənlər 2018-ci il fevralın 1-dən martın 1-dək musabiqe2018@rambler.ru elektron ünvanına müraciət edə bilərlər. Müsabiqənin yekun mərhələsi, final yarışması, təltif olunma mərasimi 2018-ci il martın 14-də keçiriləcəkdir.

Müsabiqənin keçirilməsində məqsəd gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, torpaqlarımızın azadlığı naminə döyüş ruhunun yüksəldilməsi, gənclərin vətənpərvərlik, torpaq, Qarabağ mövzusunda yaradıcılığa həvəslərinin artırılmasından ibarətdir.

                                                        Əlaqə telefonu: 012. 569 20 45.

                   
01.02.2018 15:41:00
Oxuma sayı: 751