Ərdoğan Ruhani ilə Qarabağdan danışdı: “Haqlı ilə haqsızı ayırd etməyin zamanıdır”
Ölçü:


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

Koordinat.az
xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Bildirilir ki, telefon danışığı zamanı prezidentlər Türkiyə-İran əlaqələri, terrorla mübarizədə əməkdaşlıq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Suriya barədə fikir mübadiləsi aparıblar.

Azərbaycan torpaqlarını işğal edən Ermənistanın mülki əhalini atəşə tutmasının müharibə cinayəti olduğunu vurğulayan Ərdoğan bu məsələdə haqlı ilə haqsızı, işğala məruz qalanla işğalçını ayırd etməyin vacibliyini qeyd edib.

22.10.2020 20:36:00
Oxuma sayı: 178