Cavid Qurbanov Ali Baş Komandandan Kəlbəcərin müjdəsini gözləyir
Ölçü:

“İşğal olunmuş torpaqlarımızın azadlığına ümidim heç zaman itməmişdi. Torpaq həsrətini illərdir ki, çəkirdik. Bu gün Azərbaycan Prezidentinin, Ali Baş Komandanımızın rəhbərliyi ilə sevincli günlərimizi yaşayırıq. Artıq Qarabağ işğaldan azad olunmaq üzrədir”.

Koordinat.az
xəbər verir ki, bu sözləri Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri, uzun illər Kəlbəcəri Milli Məclisdə təmsil etmiş Cavid Qurbanov söyləyib. O, Azərbaycan ordusunun şanlı tarix yazdığını söyləyib: “Biz bunun şahidiyik. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün illərlə sülh danışıqlarına getdi. 30 ilə yaxındır ki, status-kvo dəyişməz idi. Ancaq Ermənistan sülh üçün addım atmadı. Biz bu səylərimizi davam etdirməyimizlə paralel olaraq həm də ordu quruculuğuna ciddi önəm verdik. Məhz bunun nəticəsidir ki, bütün əməliyyatlar qələbə ilə nəticələnir. Bu gün həm də şəhidlərimizin qisası alınır. Ermənilərin Xocalıda, mənim doğma kəndim olan Ağdabanda törətdikləri soyqrım cinayətlərinin cavabı verilir. 16 nəfər doğması şəhid olan bir vətəndaş kimi bu günü səbirsizliklə gözləyirdim. Tezliklə bizim Kəlbəcər həsrətimiz də bitəcək. Ali Baş Komandanımızdan Kəlbəcərin də müjdəsini alacağıq” (Gununsesi.info).

22.10.2020 22:10:00
Oxuma sayı: 32