Zəngilanın daha 13 kəndi və 1 qəsəbəsi düşməndən təmizləndi
Ölçü:

Müzəffər Azərbaycan Ordusu Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Koordinat.az
xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.

Xarırladaq ki, bir neçə dəqiqədən əvvəl Prezident İlham Əliyev özünün
 “Twitter” hesabında Füzuli və Cəbrayılın daha 7 kəndinin işğaldan azad edildiyini yazıb.
22.10.2020 18:47:00
Oxuma sayı: 28