PKK-nın Qarabağda 7 düşərgəsi üzə çıxdı
Ölçü:

Erməni silahlı qüvvələri ilə birgə Qarabağda döyüşən terroçu təşkilat kimi tanın PKK-nın düşərgələri ifşa edilib.

Koordinat.az
xəbər verir ki, PKK və təşkilatın Suriyadakı birliklərinin tərkibində yer alan “Nübar Ozaryan alayı”na bağlı terroçuların Qarabağda 7 düşərgə qurduğu müəyyən edilib. Düşərgələr Ermənistanla Qarabağ arasında logistik dəhliz kimi istifadə edilən Laçın-Kəlbəcər xəttində yerləşir.

Bu bölgə ən məhsuldar su ehtiyatları ilə yanaşı zəngin yeraltı sərvtələrə malikdir. Burada qızıl və mis başda olmaqla 155 mineral yatağı beynəlxalq şirkətlər tərəfindən idarə olunur. PKK da Suriyada olduğu kimi burada həmin qaynaqların keşiyini çəkir.

PKK terroçularının Laçındakı düşərgənlərindən biri daha çox mərkəzi qərargaha bənzəyir. Burada silah anbarları, xüsusi hərbi hazırlıqlar üçün meşə sahəsi var. 2017-ci ildə Raqqada öldürülən TİKKO-nun (erməni terror təşkilatı kimi tanınır -red) liderlərindən olan Nübar Ozaryanın adını daşıyan alayın mərkəzi qərargahı isə Kəlbəcərdədir.   

PKK-ya bağlı media orqanları da təşkilata bağlı terrorçuların Qarabağdakı varlığını gizlətmir.

Türkiyə mediasının yazdığına görə, Azərbaycanın kəşfiyyat orqanları terrorçuların adlarını müəyyənləşdirlir. Terrorçulardan biri Laçındakı düşərgərlərdə olan Rakkadan Ermənistana gedən D.A. adlı terroçudur. Əvvəllər terror təşkilatlarının media orqanlarında çıxış edən D.A.-nın 9 ay Suriyada cəbhə xəttində olduğu bildirilir.
22.10.2020 11:43:00
Oxuma sayı: 99