Raketlər Qafan və Cermuk bölgələrindən raketlər atılıb
Ölçü:

“Azərbaycanın hərbi əməliyyatlar teatrından çox uzaq olan möhtəşəm turizm mərkəzi Qəbələ Ermənistanın raket zərbəsinin hədəfinə çevrilib”.

Koordinat.az
xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində yazıb: “Ermənistanın Qafan və Cermuk bölgələrindən raketlər atılıb. Çox güman ki, Səddam Hüseynin istifadə etdiyi “SKAD”lardır. Ermənistanın ağılsızlığının həddi-hüdudu yoxdur”.

22.10.2020 10:55:00
Oxuma sayı: 21