Tural Müseyibov Dövlət Dəniz Agentliyindəki vəzifəsindən azad edilib
Ölçü:

Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov tutduğu vəzifədən azad edilib.

Koordinat.az
xəbər verir ki, bu barədə onun özü bildirib. T.Müseyibov artıq 1 həftədir Agentlikdən ayrıldığını qeyd edib. O, tezliklə yeni işi ilə bağlı açıqlama verəcəyini də bildirib.

Qeyd edək ki, T.Müseyibov dünəndən başlayaraq Facebook sosial şəbəkəsində çoxsaylı qınağa  tuş gəlib. O, Qarabağ döyüşlərində şəhid olmuş Şaiq adlı əsgəri təhqir etməkdə suçlanır. Facebook-un çox sayda istifadəçisi Dövlət Dəniz Agentliyinin rəhbərliyindən Tural Müseyibovu tutduğu vəzifədən çıxarmağı, onun özündən isə üzr istəmək tələb etmişdi.

Məsələylə bağlı açıqlama verən T.Müseyibov isə fikirlərinin yanlış anlaşıldığını deyib: “Yazırlar ki, guya, şəhidi təhqir etmişəm. Mən necə belə edə bilərəm? Mən şəhid olan əsgərimizin adının hansısa bir axmaq təşkilata bağlanmasına etiraz etmişəm. Yaxşı oxusunlar. Mən şəhidin LGBT üzvü olmasının qabardılmasının əleyhinəyəm.  Niyə şəhid adından istifadə edirsiniz?... Fikrim budur”.

20.10.2020 14:26:00
Oxuma sayı: 27