Ermənilərin təxribatları nəticəsində Tərtər şəhəri və 33 kənddə 118 ev tam dağılıb - RƏSMİ
Ölçü:

Sentyabrın 27-dən bu günə qədər Tərtər Rayonun 36 yaşayış məntəqələrinə 13 min 136 mərmi düşüb.

Koordinat.az xəbər verir ki, bu barədə Tərtər rayon İcra Hakimiyyəti məlumat yayıb. Bildirilir ki, ermənilərin intensiv atəşə tutduqları rayon əraziləri Tərtər şəhəri, həmin kəndlər aşağıdakılardır: Şıxarx qəsəbəsi, Hüsənli, Qaynaq, Seydimli, Qazyan, Yuxarı Qapanlı, Qapanlı, Yuxarı Qaradağlı, Qaraağacı, Əskipara, Səhləbad, Borsunlu, Azad Qaraqoyunlu,İlxıçılar, Dəmirçilər, Aşağı Qapanlı, Evoğlu, İsmayılbəyli, Cəmilli, Bala Kəngərli, Düyərli, Yuxarı Sarıcalı, Ağkənd, Yenikənd, Bayandurlu, Soyulan, İrəvanlı, Kəngərli, Hacıqərvənd, Xoruzlu, Buruc, Bayandur, Qaradağlı və Köçərli kəndləri. Hadisə nəticəsində 118 ev təmamilə dağılıb, 646 fərdi evə, 64 çoxmərtəbəli yaşayış binasına ziyan dəyib. Bununla yanaşı, hadisə nəticəsində 30 yardımçı tikililər tam dağılıb, 50-sinə isə ziyan dəyib. Bu müddət ərzində erməni təxribatları nəticəsində Tərtərdə 19 sosial obyektə, 8 istehsal obyektinə, 44 ticarət mərkəzi və 18 inzibati binaya ziyan dəyib.


19.10.2020 09:33:00
Oxuma sayı: 135