Düşmən Ağdam və Tərtəri atəşə tutur- məktəb binası dağıldı
Ölçü:

Ağdam rayonu ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur.
 
Koordinat.az
xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Düşmən humanitar atəşkəs qaydalarını kobud şəkildə pozaraq Tərtər rayonunu da atəş altında saxlayır. Belə ki, ötən gecə erməni silahlı qüvvələri Tərtər rayonunu yenidən atəşə tutub. Gecə saatlarından başlayaraq ağır artilleriya zərbələrinin endirilməsi nəticəsində 2 mərmi Tərtər şəhər Əsəd Məmmədov adına 1 saylı tam orta məktəbinə düşüb. Hadisə nəticəsində məktəbin sinif otaqları dağılıb, məktəbə ciddi ziyan dəyiib.
18.10.2020 13:49:00
Oxuma sayı: 25