Ermənilərin son sutkada itirdiyi hərbi texnika: 7 tank, 2 “Qrad”, 9 top...
Ölçü:

Qoşunlarımız ötən gecə müxtəlif istiqamətlərdə cəbhəni yarmağa, düşməni tutduğu mövqelərdən sıxışdıraraq çıxarmağa, qaçmağa məcbur etməyə və irəliləməyə nail olub.

Müdafiə Nazirliyindən Koordinat.az-a verilən məlumata görə, Azərbaycan Ordusu tərəfindən son sutka ərzində həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmə ciddi zərbə vurub.

Ermənistan ordusunun xeyli sayda canlı qüvvəsi, 7 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS, 8 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları, döyüş sursatı ilə yüklənmiş 10 ədəd yük maşını və 7 ədəd digər avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Əldə olunan məlumata əsasən döyüş əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının 1-ci taboru öz mövqelərini ataraq geri çəkilib, xeyli sayda ölən və yaralanan var.

 

17.10.2020 10:16:00
Oxuma sayı: 26