Atəşkəsdən sonra ermənilər 3 dəfə Hadruta hücum edib
Ölçü:


“Atəşkəsdən sonra 3 dəfə Hadrut qəsəbəsini yenə də işğal etmək istədilər, 3 dəfə ora həmlə etdilər”.

Koordinat.az
xəbər verir ki, bunu Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib: “Amma hər 3 dəfə də məğlub oldular. Onların niyyəti itirilmiş və onlara mənsub olmayan torpaqları yenə də qaytarmaq və beləliklə işğalçılıq siyasətini davam etdirməkdir”.

İlham Əliyev deyib ki, Hadrutda artıq neçə gündür, Azərbaycan bayrağı dalğalanır və Hadrutun ətrafında yüksəkliklərin, təpələrin mütləq əksəriyyəti bizim nəzarətimizdədir:

“Hadrut götürülməsəydi, ondan sonra Xocavənd rayonunun kəndləri də götürülə bilməzdi. O zaman Füzulinin kəndləri də götürülə bilməzdi. Biz yalnız Hadrut istiqamətindən ora irəlilədik”.

16.10.2020 17:45:00
Oxuma sayı: 25