Azərbaycanda koronavirusa yoluxanların sayı 500-ü keçdi - 3 nəfər öldü
Ölçü:


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Koordinat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 43280 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39671 nəfər müalicə olunaraq sağalıb, 619 nəfər vəfat edib, aktiv xəstə sayı 2990 nəfərdir.

Ölkədə son sutka ərzində 8054, hazırkı dövrədək isə 1201924 test aparılıb.
15.10.2020 15:19:00
Oxuma sayı: 24