Daha 369 nəfər koronavirusa yoluxdu - 4 nəfər öldü
Ölçü:


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Koordinat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 42750 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 39570 nəfər müalicə olunaraq sağalıb, 616 nəfər vəfat edib, aktiv xəstə sayı 2564 nəfərdir.

Ölkədə son sutka ərzində 6734, hazırkı dövrədək isə 11938770 test aparılıb.

 
14.10.2020 14:38:00
Oxuma sayı: 20