İşğaldan azad edilmiş Şükürbəyli kəndi - FOTOLAR
Ölçü:

Azərbaycan Müdafiə Nazirliyi şanlı ordumuzun oktyabrın 4-da işğaldan azad etdiyi Cəbraıl rayonu Şükürbəyli kəndinin videogörüntülərini yayıb.

Koordinat.az xəbər verir ki, görüntülərə əsasən ordumuz kəndin mərkəzindəki düşmən hərbi hissəsinin üzərinə Azərbaycan bayrağını asıb. Görüntülərdən məlum olur ki, kənddə düşmənin bir neçə kənd təsərrüfatı texnikası və yük avtomobili qalıb. Belə ki, işğalçılar son illərdə bu kənddə əkin-biçin işləri görürdülər.

Daha əvvəl sosial şəbəkələrdə yayılmış videoda da əsgərlərimizin Şükürbəylidəki erməni hərbi hissəsinin yanında Azərbaycan bayrağını necə ucaltdıqları əks olunurdu.

Şükürbəyli Cəbrayılın ən iri yaşayış məntəqələrindən biri olub, 1993-cü il oktyabrın 23-də Ermənistan ordusu tərəfindən işğal edilmişdi.
07.10.2020 11:59:00
Oxuma sayı: 483