Nazir: "Səfərbərliyə cəlb olunan müəllimlərin dərsləri əvəzlənəcək"
Ölçü:



Səfərbərliyə cəlb olunan müəllimlərin əvəz olunması proseduruna uyğun olaraq, həmin müəllimlərin əvəzinə dərslərə başqa müəllimlər salınacaq.

Koordinat.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycanda müəllim sıxlığının olması bu problemin həllinə yardım edəcək.

Emin Əmrullayev bu məsələ ilə bağlı problemin yaranmayacağına da əminliyini bildirib.

30.09.2020 18:04:00
Oxuma sayı: 19