Qarabağda 5 minlik avtomobil tıxacı
Ölçü:


Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı Qarabağ erməniləri arasında ciddi panikaya səbəb olub.

Koordinat.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Xankəndi-Gorus yolunda 5 min avtomobildən və s. nəqliyyatdan ibarət tıxac yaranıb.

Tıxac Qarabağ tərk etmək istəyən ermənilərin kütləvi axını ilə əlaqələndirilir. Ermənistan hərbi polisi isə yolu kəsərək sakinlərin Qarabağı tərk etməsinə mane olmağa çalışıblar.

29.09.2020 11:08:00
Oxuma sayı: 33