Ermənilər Xankəndində atəş nöqtəsi qurub
Ölçü:


Ermənilərin mülki yaşaytış məntəqələrində atəş nöqtələri yaratması ilə bağlı növbəti fakt üzə çıxıb.

Koordinat.az xəbər verir ki, Azərbaycan ərazisinə qabaqcadan təxribata hazırlaşan Yerevan rəhbərliyi hələ avqust ayında Xankəndi şəhərində, yaşayış binalarının arasında “Kruq” zenit-raket kompleksi yerləşdirib.

NATO tərəfindən “SA-4 Ganef” adı alan kompleks 3 kilometrə qədər yüksəklikdə, 9-10 kilometrə qədər uzaqlıqda hədəfi vura bilir. Kompleksin döyüşlərdən 1 ay öncə Xankəndinə yerləşdirilməsi düşmən tərəfinin qabaqcadan hərbi təxribata hazırlaşmasından xəbər verir.

Paralel olaraq, yaşayış məntəqəsini atəş nöqtəsinə çevirməklə Ermənistan növbəti dəfə beynəlxalq hüquq normalarını pozmuş olur.

28.09.2020 18:26:00
Oxuma sayı: 35