Ermənilərin mərmisi İrana düşdü
Ölçü:



İşğalçı Ermənistan Ordusu Azərbaycan əraziləri ilə yanaşı, qonşu ölkələrin ərazisinə də təcavüz həyata keçirib.

Koordinat.az İranın Parstoday saytına istinadən xəbər verir ki, Füzuli-Cəbrayıl rayonu istiqamətində məğlubiyyətlərə uğrayan Ermənistan qüvvələri İran ərazisini də atəşə tutub.

Araz çayının İran tərəfində yerləşən Xudafərin şəhərinin meri Əli Əmiri Rad şəhərin kənd təsərrüfatı ərazilərinə 2 mərmi düşdüyünü söyləyib. O, bazar günü əkin sahəsində daha bir partlamamış mərmi aşkarlandığını deyib.

Mərmilərin Ermənistan Ordusunun köhnə və qeyri-dəqiq artilleriya qurğularından atıldığı bildirilir.

Xatırladaq ki, 2016-cı ilin aprelində də Ermənistan İran ərazisinə 2 top mərmisi atmışdı.

28.09.2020 18:03:00
Oxuma sayı: 31