Kəndlərimiz işğaldan azad olundu
Ölçü:


Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan tərəfinin cəbhədə etdiyi təxribatla bağlı brifinq keçirir. 

Koordinat.az xəbər verir ki, brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov da iştirak edir. 

H. Hacıyev bildirib ki, hərbi sirr olduğunu nəzərə alaraq əməliyyatlarla bağlı geniş məlumat verə bilmir:

"Amma yaxın zamanda ölkə ictimaiyyəti də məlumatlandırılacaq". 

Prezidentin köməkçisi onu da vurğulayıb ki, ordumuzun uğurlu əks həmləsi zamanı işğal altında olan bir neçə kəndlərimiz azad olunub.

O, cəmiyyəti rəsmi mənbələrdən məlumat almağa çağırıb. Ermənistan mətbuat orqanlarına inanmamağa, təxribata uymamağa səsləyib.

27.09.2020 14:15:00
Oxuma sayı: 130