Ermənistanda hərbi vəziyyət elan edilir
Ölçü:


Ermənistan baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, iclasdan sonra hökumətin iclası baş tutacaq. İclasda ölkədə hərbi vəziyyətin elan olunması və qismən hərbi səfərbərliyin elan olunması müzakirə ediləcək.

“Milli Təhlükəsizlik Şurasının iclasından sonra hökumətin iclasında bu məsələlərə baxılacaq”-deyə Paşinyan deyib. Yerli mətbuat təmas xəttində Ermənistan Ordusunun ciddi itkilər verdiyini və səfərbərliyin məhz bu itkilərin yerini doldurmaq məqsədilə aparılacağını yazır. 

27.09.2020 12:37:00
Oxuma sayı: 31