Lukaşenkonu təbrik edən ilk dövlət başçıları...
Ölçü:

Belarus rəhbəri Aleksnadr Lukaşenkonu dövlət başçısı səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbrik edən yeganə prezidentin adı məlum olub.

Koordinat.az
xəbər verir ki, yalnız Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov həmkarını inauqurasiya münasibətilə təbrik edib. Ondan başqa heç bir xarici lider Lukaşenkonu prezident səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbrik etməyib. Əksinə, ABŞ, Avropa Birliyinin bıra sıra dövlətləri Lukaşenkonu Belarusun qeyri-legitim prezidenti adlandırıb.  

Xatırladaq ki, avqustun 9-da keçirilən səsvermədən sonra Lukaşenkonu Belarusun prezidenti seçilməsi barədə ilk təbrik Rusiyadan Vladimir Putindən, ikinci təbrik isə Azərbaycandan İlham Əliyevdən gəlmişdi.
25.09.2020 15:06:00
Oxuma sayı: 43