İcra başçısı köhnə kadrları işdən uzaqlaşdırır
Ölçü:


Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov daha bir vəzifəli şəxsi işdən çıxarıb.

Koordinat.az
xəbər verir ki, Elmir Bağırovun əmri ilə, Saatlı rayon İcra Hakimiyyətinin Sektor müdiri - baş mühasib Quliyeva Bəyim Əmirxan qızı tutduğu vəzifədən azad edilib. Onun yerinə hələlik təyinat yoxdur.

Xatırladaq ki, Elmir Bağırov avqust ayının 24-də Prezident İlham Əliyevin Sərəncamı ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, bu vəzifəyə təyin olunduqdan sonra iki müavinini və iki şöbə müdirini işdən çıxarıb. /report

25.09.2020 10:08:00
Oxuma sayı: 118