Elşad Abdullayevin Ramiz Mehdiyevlə "şərikli çörəyi": ABU-nun məzunu olan deputat niyə tənqid olunur
Ölçü:


“Beynəlxalq Universiteti bitirmək qəbahətdirmi? Deputat həmkarımız Jalə Əhmədovanın birinci ali təhsilini Azərbaycan Beynəlxalq Universitetində alması Sosial şəbəkələrdə tənqid obyektinə çevrilib. Beynəlxalq Universitet göydənmi düşmüşdü?”.

Koordinat.az
xəbər verir ki, bunu tanınmış təhsil eksperti, deputat Etibar Əliyev deyib. O, bildirib ki, Beynəlxalq Universitet Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli, 204s saylı qərarı ilə qeydiyyatdan keçərək özəl ali məktəb statusu alıb. Universitet, həmçinin Ədliyyə Nazirliyinin 17 oktyabr 1997-ci il tarixli 15 saylı şəhadətnaməsini alaraq dövlət qeydiyyatından keçmişdi. Təhsil Nazirliyinin 04.12.1997-ci il tarixli 48-11-4058/16 nömrəli qərarı ilə 6 il müddətinə, 2005-ci ildə isə 5 il müddətinə yenidən lisenziya almışdı. 2010-cu il iyulun 8-də ABU-nun lisenziya müddəti bitdiyi üçün isə Universitetin fəaliyyəti dayandırılıb.

Etibar Əliyev bu özəl ali məktəbi şöhrətə mindirən maraqlı bir faktı da qeyd edib: "Bu ali məktəbdən BDU-nun Hüququ fakültəsinə və Tibb Universitetinə yüzlərlə tələbə köçürülüb. Köçürülmə mexanizmi maraqlıdır: Bu iki ixtisas üzrə tələbələrin siyahısı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə göndərilirdi. Yalnız onun razılığı əsasında köçürülmə baş tuturdu. Bununla yanaşı Ramiz Mehdiyevin göstərişi olmadan Elşad Abdullayevin bioqrafiyası Azərbaycan Milli Ensiklopediyasına salına bilərdimi? İnandırıcı görünmür? Bu faktın özü Ensiklopediyanı nüfuzdan salmağa xidmət edir. Bundan danışmaq lazımdır".

Deputat xatırladıb ki, Ramiz Mehdiyev indi də Azərbaycan Milli Ensiklopediyası Baş redaktorunun birinci müavini və Ensiklopediyanın kuratorudur.

25.09.2020 12:44:00
Oxuma sayı: 76