Moskvada Sahibə Qafarovaya və deputatlarımıza göstərilən münasibət... - etiraz doğurdu
Ölçü:

Tanınmış jurnalist, "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev Rusiyada səfərdə olan Milli Məclisin nümayəndə heyətinin Xarici İşlər naziri Sergey Lavrovla görüş zamanı aşağılanmasına etiraz edib.

Koordinat.az xəbər verir ki, baş redaktor "Faceboook" səhifəsindəki statusunda Moskvada parlament sədri Sahibə Qafarovaya və Azərbaycan parlamentarilərinə göstərilən münasibəti dövlətimizin aşağılanması kimi dəyərləndirib.

Bahəddin Həzinin statusunu olduğu kimi təqdim edirik:
" Azərbaycan Milli Məclisinin sədri formal da olsa, Rusiya xarici işlər nazirindən yüksək status sayılır. Ancaq Lavrov Sahibə Qafarovanı oturdub görüş otağında, öz köməkçiləri ilə masa arxasında.  Gözlədir. Bu, bir. Özü qəsdən gec gəlir. Bu, iki. O gələndə bizim nümayəndə heyətimiz başda Milli Məclis sədri olmaqla ayağa qalxırlar. Bu üç. Hələ bizim görə bildiklərimiz. Müstəqil dövlətik. Ancaq parlament sədrinin simasında dövlətimizin aşağılanmasına şahid olduq.

Bəli,  Sahibə Qafarova Milli Məclis sədri kimi yerində deyil.O da bir dərd. Ancaq dövlətimiz hamımızındır; Rusiyalı nazirin bu cür münasibəti də qəbuledilməzdir".
24.09.2020 21:06:00
Oxuma sayı: 251