Zaxarova Lavrovun söylədiklərini təkzib etməyib
Ölçü:


Bu gün sosial şəbəkələrdə velə bir məlumat yayılıb ki, guya Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Moskvada Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə görüşdə Paşinyanın çıxışlarının Dağlıq Qarabağ münaqişəsinin həllinə neqativ təsiri və işğal altındakı rayonlardan yalnız 5-nin qaytarılmasının mümkünlüyü barədə fikrini onun sözçüsü Mariya Zaxarova təkzib edib.

Koordinat.az xəbər verir ki, Mariya Zaxarova Lavrovun Azərbaycan parlamentariləri ilə görüşdə söylədiyi fikirlərin heç birini təkzib etməyib. Belə ki, Zaxarova mətbuat konfransı zamanı ona ünvanlanan "Həqiqətənmi, Lavrov gõrüşdə belə fikirlər sõyləyib?" sualına konkret və səmimi cavab verməkdən yayınıb. O, jurnalistə məsləhət görüb ki, sualı informasiya mənbəyi olan Azərbaycan Milli Məclisinin mətbuat xidmətinə yönəltsin.

Beləliklə, Zaxarova Rusiya Xarici İşlər nazirinin Sahibə Qafarova ilə görüşdə indiki halda işğal altındakı rayonlardan yalnız 5-nin qaytarılmasının mümkünlüyü barədə fikrini təkzib etməyib. O, qeyd edib ki, görüşdə münaqişənin tənzimlənməsi üzrə "Madrid prinsipləri" müzakirə olunub. Burada söhbət əvvəlcə ətraf 5 rayonun işğaldan azad edilməsi, Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması, ikinci mərhələ digər iki rayonun taleyi, ardınca Dağlıq Qarabağın statusunun müəyyən edilməsindən gedir.

24.09.2020 18:48:00
Oxuma sayı: 29