“Bolt” şirkətindən şəhid generalın adına sayğısızlıq
Ölçü:


“Bolt” taksi xidmətində Tovuz döyüşləri zamanı şəhid olmuş General Polad Həşimovun adını axtarışa verdikdə Ermənistanda rayon adı çıxır.

Koordinat.az
xəbər verir ki, bunu aşkarlayan Azərbaycanlı istifadəçilər redaksiyamıza müraciət ediblər.

Məsələ ilə bağlı BAKU.WS-in əməkdaşı şirkətin Azərbaycan nümayəndəliyi ilə əlaqə saxlamaq istəsə də, cəhdlər alınmayıb.

Şikayətçilər bildirirlər ki, bu faktın hansısa texniki problem səbəbindən yarandığı inandırıcı görünmür. Bu səbəbdən məsələyə şirkət tərəfindən rəsmi münasibət bildirməsini tələb edirlər.
24.09.2020 17:49:00
Oxuma sayı: 138