9 nəfər 500-dən çox bal toplasa da, universitetə daxil ola bilməyib
Ölçü:


Qəbul imtahanları zamanı yüksək bal toplayan, lakin universitetə daxil olmayan abituriyentlərin sayı açıqlanıb.

Koordinat.az
xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, I ixtisas qrupu üzrə 400 baldan yuxarı nəticə göstərib və kənarda qalan abituriyentlərin sayı 4 nəfər olub:
"Il xtisas qrupu üzrə 200 baldan yuxarı bal toplayan bir nəfər belə kənarda qalmayıb. Ill ixtisas qrupu üzrə 500 baldan yuxarı nəticə göstərən və ali təhsil müəssisəsinə daxil olmayan isə cəmi 1 nəfərdir. Onun səbəbi abituriyentin yalnız bir ödənişsiz ixtisas yazmasıdır. IV ixtisas qrupu üzrə 500 baldan yuxarı nəticə göstərən və universitetə daxil olmayan 8 nəfərdir".

O qeyd edib ki, qəbul olmayan həmin şəxslər ikinci mərhələdə iştirak edə bilərlər.

24.09.2020 15:42:00
Oxuma sayı: 28