Departament direktoru 46 yaşında tələbə oldu
Ölçü:

Bu il Bakı Ali Neft Məktəbinə Biznesin idarəedilməsi (MBA) proqramı üzrə qəbul olan 50 tələbədən biri 46 yaşlı Sarxan Mikayılovdur.

Koordinat.az
bildirir ki, bu barədə Bakı Ali Məktəbi məlumat yayıb. Bildirilir ki, 1974-cü il təvəllüdlü Sarxan Mikayılov tələbə yoldaşlarının hamısından yaşca böyükdür. 24 il sonra yenidən təhsil almaq istəyinə səbəb çox sürətlə inkişaf edən elmi texniki tərəqqi və daimi dəyişən dünya reallıqları ilə ayaqlaşmaq istəyidir. O hesab edir ki, müasir insan yaşından asılı olmayaraq, öz üzərində işləməli, biliklərini təkmilləşdirməli, lazım gəldikdə yeni biliklərə yiyələnməkdən çəkinməməlidir.

1991-1996-cı illərdə Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsini qırmızı diplomla bitirən S.Mikayılov hazırda sığorta şirkətlərinin birində Aktuar departamentin direktoru – Məsul aktuari vəzifəsində çalışır.

24.09.2020 12:11:00
Oxuma sayı: 29