Baş Prokurorluq ev dustaqlığının tələblərini açıqladı
Ölçü:

Prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumata görə, tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən vətəndaşları maraqlandıran məsələlərlə bağlı maarifləndirici videoçarxlar hazırlanaraq #heçbilirdinizmi? həştəqi altında ictimaiyyətə təqdim olunur:

"Hazırda təqdim olunan videoda “Heç bilirdinizmi “ev dustaqlığı” nədir?” mövzusu ilə bağlı cinayət prosessual qanunvericiliyin tələbləri vətəndaşlarımıza izah edilib.

Təqdim olunan videonu Baş Prokurorluğun sosial şəbəkələrdə olan səhifələrindən, həmçinin veb-saytından izləyə bilərsiniz".

24.09.2020 11:08:00
Oxuma sayı: 23