Ceyhun Bayramov Gürcüstana getdi
Ölçü:

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, səfər çərçivəsində C.Bayramovun Gürcüstanın yüksək səviyyəli rəsmiləri ilə görüşləri keçiriləcək.

Xatırladaq ki, Ceyhun Bayramov özünün  "Twitter" səhifəsində Gürcüstana böyük ümidlərlə getdiyini yazıb: “Dost Gürcüstana rəsmi səfər üçün yola düşmüşəm. Strateji əlaqələrimizin daha da möhkəmləndirilməsi ilə bağlı səmərəli müzakirələrin olmasını gözləyirəm. Beynəlxalq hüquq normaları və prinsiplərinə ciddi hörmət əsasında regional sülhü, təhlükəsizliyi və tərəqqini təmin etməyə qərarlıyıq”.

24.09.2020 09:41:00
Oxuma sayı: 30