İsmət Qayıbovun oğlu Baş Prokurorun qəbulunda - FOTO
Ölçü:

Baş prokuror Kamran Əliyev prokurorluq işçilərinin peşə bayramı ərəfəsində bu gün prokurorluğun şəhid olmuş əməkdaşlarının ailə üzvləri ilə görüşüb.

Baş Prokurorluqdan Koordinat.az-a verilən məlumata görə, Kamran Əliyev prokurorluq əməkdaşlarının ailə üvlərinə dərin hörmətini ifadə edərək onların cinayətkarlıqla mübarizə zamanı Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksəldiyini vurğulayıb.

Görüş zamanı çıxış edən sabiq Baş prokuror İsmət Qayıbovun oğlu İsmayıl Qayıbov, Qubadlı rayonunun sabiq prokuroru Nizami Ağayevin həyat yoldaşı İradə Ağayeva, Samux rayonunun sabiq prokuroru Şəmşir Əliyevin həyat yoldaşı Gültəkin Əliyeva, Qubadlı rayon prokurorluğunun sabiq müstəntiqi Eyyub Vəliyevin həyat yoldaşı Flora Vəliyeva baş vermiş hadisələrlə bağlı ötən xatirələri bölüşərək prokurorluq orqanları əməkdaşları tərəfindən göstərilən dəstək və qayğıdan məmnunluqlarını ifadə ediblər.

Tədbirə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluğun şəhid olmuş əməkdaşlarının ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli ilə bağlı bundan sonra da daim işlər görüləcəyini qeyd etmiş, prokurorluq orqanlarının onlara hər zaman dəstək olacağını nəzərə çatdırıb.
23.09.2020 16:59:00
Oxuma sayı: 26