Heydər Əliyev Fondunun şagirdlərə hədiyyə etdiyi çantalar geri alınıb? - Rəsmi açıqlama
Ölçü:


Sosial şəbəkələrdə məktəb açılışı zamanı şagirdlərə verilən çantaların geri alınması barədə məlumat yayılıb.

Koordinat.az bildirir ki, yayılan məlumatlara görə, Saatlı rayon Orta Muğan kəndində yeni məktəbin açılışı ilə əlaqədar Heydər Əliyev Fondu tərəfindən I sinif şagirdlərinə məktəbli çantası verilib.  İddia olunur ki, çəkilişdən sonra çantalar şagirdlərin əlindən alınıb.

Saatlı Rayon Təhsil Şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda məktəbdə 58 şagird I sinifdə təhsil alır: “Onlara 24 çanta verilib. Açılış zamanı mövcud çantalar uşaqlara paylanılıb. Sadəcə, Rayon Təhsil Şöbəsinin əməkdaşlarından biri müəllimlərə bildirib ki, tədbir davam edəcək və uşaqlara çanta daha sonra veriləcək. Yanlış anlaşılma nəticəsində çantalar saxlanılıb”.

“Artıq valideynlər məktəbə çağırılıb və çantalar təhvil verilib”, - deyə məlumatda qeyd edilib.

22.09.2020 17:39:00
Oxuma sayı: 26