Mətbuat katibi koronavirusa yoluxdu
Ölçü:


Dövlət Gömrük Akademiyasının (DGA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynəb Kazımova koronavirusa yoluxub.

Koordinat.az xəbər verir ki, bu barədə Zeynəb Kazımova özü məlumat yayıb. O qeyd edib ki, sentyabrın 21-də işdən qayıdanda hərarəti qalxıb: “Özümdə üşütmə hiss etdim. Hərarətimi ölçəndə 37.3 idi. Bu gün səhər COVID-19 testi verdim, zəng edib bildirlər ki, cavab müsbətdir”.

Hazırda ev şəraitində olduğunu bildirən qurum rəsmisi, özünü ailə üzvlərindən təcrid etdiyini bildirib.

Zeynəb Kazımova deyib ki, sentyabrın 19-u Qazaxdan yaxının dəfn mərasimindən qayıdıb.

22.09.2020 16:19:00
Oxuma sayı: 27