Bu il Azərbaycanda 23,2 milyon ton neft hasil edilib
Ölçü:


Bu ilin yanvar-avqust aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 23,2 mln. ton neft (kondensatla birlikdə) hasil edilib.

Koordinat.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 1,8 mln. ton az olub.

Respublika üzrə hasil edilmiş neftin 16 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlarının, 2,4 milyon tonu (kondensat) “Şahdəniz” yatağının payına düşüb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə hasilat isə 4,8 milyon ton təşkil edib.
Bizim Facebook səhifəmizə abunə olun

22.09.2020 10:29:00
Oxuma sayı: 19