Çavuşoğludan Ermənistana xəbərdarlıq: “Ağlınızı başınıza yığın”
Ölçü:


"Ermənistanın hücumu zamanı bu gün  şəhid olan çavuş Elşən Məmmədova Allahdan rəhmət, ailəsi və qardaş Azərbaycan xalqına başsağlığı diləyirəm".

Koordinat.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu sosial şəbəkə hesabında bildirib.

"Ermənistanı təcavüzkarlığına son qoyaraq ağlını başına toplamağa çağırıram. Can Azərbaycanın haqlı davasında daima yanındayıq", - deyə Mövlud Çavuşoğlu qeyd edib.

 
22.09.2020 21:57:00
Oxuma sayı: 216