Paşinyanin arvadı erməni qadınlarını hərbi təlimə toplayır
Ölçü:


Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı, "Qadınlar sülh uğrunda" təşəbbüsün müəllifi Anna Akopyan növbəti dəfə qadınlar üçün 45 günlük hərbi təlimlər keçirmək istəyir.

Koordinat.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin köməyi ilə keçirləcək təlimlərdə kazarma şəraitində hərbi hazırlıq proqramı yerinə yetiriləcək. Təlimlərdə iştirak etmək üçün 18-27 yaşlı qadınlar A.Akopyanın saytına müraciət edə biləcəklər. Təlim detallarının gizli saxlanılması üçün təlim müddətində görüşlər və ezamiyyətlər, eləcə də foto və videoçəkilişlər qadağan olunacaq. Təlimlərdən sonra iştirakçılar imtahan verərək xidmətlərini davam etdirəcəklər.

Təlimlərdə Anna Akopyan özü də iştirak edəcək.
19.09.2020 13:12:00
Oxuma sayı: 28