ABŞ öz qoşunlarını Yaxın Şərqdən çıxarır
Ölçü:


ABŞ prezidenti Donald Tramp Yaxın Şərq və Əfqanıstanda Amerika qoşunlarının sayını azaltmağa davam etmək niyyətindədir.

Koordinat.az
-ın məlumatına görə, bu barədə D.Tramp mətbuat konfransı zamanı bildirib. ABŞ prezidenti "Qoşunlarımızın xeyli hissəsini vətənlərinə qaytardıq. Onların bir çoxu yaxın gələcəkdə evlərinə dönəcəklər" - deyə, qeyd edib.

Tramp ABŞ-ın daha əvvəl Suriya ilə Türkiyə arasındakı sərhəddən" də qüvvələrini geri çəkdiyini xatırladıb.

19.09.2020 09:56:00
Oxuma sayı: 29