Elman Paşayev vəkillik statusundan məhrum edildi
Ölçü:



Rusiyada yaşayan azərbaycanlı vəkil Elman Paşayev vəkillik statusundan məhrum edilib.

Koordinat.az “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası Vəkillərinin Federal Palatası qərar verib.

Bildirilib ki, Şimali Osetiyanın Vəkillər Palatası E. Paşayevi vəkillik statusundan məhrum edib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Ədliyyə Nazirliyi azərbaycanlı vəkil E. Paşayevin vəkillik statusunun ləğv olunmasını təklif edib.

Rusiya Ədliyyə Nazirliyi E. Paşayevin vəkillik statusunun ləğv olunmasından ötrü Şimali Osetiya və Moskva üzrə ərazi regional idarələrinə vəkillər palatasına təqdimat vermək üçün tapşırıq verib.

E.Paşayevlə yanaşı nazirlik vəkil A. Dobrovinskinin də barəsində nizam-intizam işinin açılmasını təklif edib.

Xatırladaq ki, E. Paşayev bu ilin iyun ayında Moskvada ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törədən məşhur aktyor Mixail Yefremovun vəkili olub. A. Dobrovinski isə qarşı tərəfin hüquqlarını müdafiə edib. Məhkəmə aktyor M.Yefremov barəsində 8 il azadlıqdan məhrumetmə cəzası kəsib.
18.09.2020 18:04:00
Oxuma sayı: 24