Ramiz Mehdiyevin daha bir vəzifəsi Samir Nuriyevə verildi
Ölçü:


Korrupsiyaya qarşı mübarizə Komissiyasına yeni sədr seçilib.

Koordinat.az xəbər verir ki, komissiyaya bundan sonra Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edəcək. Baş prokuror Kamran Əliyev isə komissiyanın qərarı ilə antikorrupsiya şəbəkəsi üzrə milli koordinator seçilib. 
Milli Məclisin deputatı Kamal Cəfərov isə Avropa Şurasının korrupsiyaya qarşı dövlətlər qrupunda Azərbaycan nümayəndə heyətinin rəhbəri seçilib.

Xatırladaq ki, indiyədək Korrupsiyaya qarşı mübarizə Komissiyasına Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev sədrlik edirdi. O, Prezident Adminstrasiyasındakı vəzifəsini itirdikdən sonra onun yerini Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Samir Nuriyev rəhbərlik edəcək.
15.09.2020 18:47:00
Oxuma sayı: 20