Zelenski Putinlə yenidən görüşəcək
Ölçü:


Ukrayna prezidenti Vladimir Zelenski avstriyalı həmkarı Aleksandr Van der Bellenlə görüşüb.

Koordinat.az xəbər verir ki, görüşdən sonra danışan Zelenski Donbas münaqişəsi ilə bağlı “Normand dördülüyü”nün yeni sammitinin olacağını elan edib.

“Görüş olacaq. Söz verə bilmərəm, amma 10 gündən sonra məsləhətçilərin görüşü baş tutacaq, ardınca isə liderlərin “Normand dördlüyü” çərçivəsində danışıqları başlayacaq”.

O, Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərinin Donbas regionunda ilk növbədə atəşkəsin qorunmasını müzakirə edəcəklərini deyib. Sonuncu dəfə “Normand dördlüyü” 2019-cu il dekbarın 9-da Parisdə toplanmışdı.

15.09.2020 17:27:00
Oxuma sayı: 20