İaşә obyektlәrinin dövriyyəsi kəskin azalıb
Ölçü:


Dünyada koronavirus infeksiyasının sürәtlә yayılması әksәr ölkәlәrin turizm sektoruna da öz mәnfi tәsirini göstәrib.

Dövlət Statistika Komitəsindən (DSK) Koordinat.az-a verilən məlumata görə, bu hal ölkәmizdә dә müşahidә olunub vә cari ilin yanvar-avqust aylarında ötәn ilin eyni dövrü ilә müqayisәdә turizm infrastrukturunun әsas elementlәrindәn olan ictimai iaşә müәssisәlәrinin göstәricilәrindә azalma qeydә alınıb.

Azalmanın әsas sәbәbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması mәqsәdilә ölkə әrazisindә ictimai iaşә obyektlәrinin fәaliyyәtinә qoyulan mәhdudiyyәtlәr, hәmçinin Azәrbaycan Respublikası ilә qonşu dövlәtlәr arasında dövlәt sәrhәdindә mәhdudlaşdırıcı rejimin, elәcә dә dünyanın әksәr ölkәlәrindә vәtәndaşların sәfәrlәrinә müvәqqәti mәhdudiyyәtlәrin tәtbiq olunması ilә әlaqәdar ölkәmizә gәlәn әcnәbilәrin vә vәtәndaşlığı olmayan şәxslәrin sayında müşahidә olunmuş kәskin azalma (cari ilin mart, aprel, may, iyun, iyul vә avqust ayları ötәn ilin eyni ayları ilә müqayisәdә müvafiq olaraq 2,6 dәfә, 12,1 dәfә, 9,9 dәfә, 12 dәfә, 13 dәfә, 11,5 dәfә) nәticәsindә mart, aprel, may, iyun, iyul vә avqust aylarında ötәn ilin eyni ayları ilә müqayisәdә ictimai iaşә xidmәtlәrinin hәcmindә azalma müşahidә olunub.

Rəsmi məlumata görə, cari ilin avqust ayında ictimai iaşә dövriyyәsi ötәn ilin avqust ayı ilә müqayisәdә 2,9 dәfә azalıb. Nәticәdә ictimai iaşә xidmәtlәrinin hәcmi ötәn ilin yanvar-avqust ayları ilә müqayisәdә 2,1 dәfә azalaraq 463,6 milyon manat olub.

15.09.2020 17:19:00
Oxuma sayı: 21