Siyavuş Novruzovun YAP-dakı yeri boşdur
Ölçü:


“YAP İcra katibinin müavini postu hələlik boşdur”.

Koordinat.az bildirir ki, bu sözləri Modern.az-a açıqlamasında YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib. O, qeyd edib ki, YAP İcra katibinin müavini vəzifəsinə partiya sədrinin təqdimatı , İdarə Heyətinin təsdiq etməsi ilə təyinat mümkün ola bilər: “YAP sədri, cənab prezident İlham Əliyevin təqdimatı və partiya İdarə Heyətinin təsdiq etməsi ilə icra katibinin müavininin kimliyi müəyyənləşəcək. Belə bir addım atıldıqda, mütləq ictimaiyyətə də məlumat veriləcək”.

Xatırladaq ki, YAP icra katibinin keçmiş müavini, deputat Siyavuş Novruzov idi. O, koronovirus pandemiyası ilə bağlı xüsusi karantin rejiminin qaydalarını pozaraq, akademik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirakına görə, həm ictimai qınağa, həm də inzibati məsuliyyətə cəlb edildi. Bundan sonra Siyavuş Novruzov partiyada tutduğu vəzifədən istefa verdi. Hazırda qeyd edildiyi kimi, hakim partiyada icra katibinin müavini postuna təyinat olmayıb.

15.09.2020 15:18:00
Oxuma sayı: 16