Azərbaycan və Türkiyə aviasiyasi Gəncə üzərində birgə uçuşlar keçirəcək
Ölçü:

Bakı şəhərinin azad olunmasının 102-ci ildönümü ilə əlaqədar sentyabrın 15-də saat 14.00-dan etibarən Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçiriləcək.

Müdafiə Nazirliyindən Koordinat.az-a verilən məlumata görə, uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunacaq.
15.09.2020 14:47:00
Oxuma sayı: 15